İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.
İddiaçılar ilkin sənədləri yanvarın 6-sı, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə yanvarın 14-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. telefon: (012) 441-24-23 (daxili: 157).
Tenderin nəticəsi yanvarın 17-də, saat 10:00-da Portalda açıqlanacaq.