“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

"InvestAZ" İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Amerika iqtisadiyyatı fonunda risklərin artması, EUR/USD məzənnəsində də ucuzlaşma dinamikasının zəifləməsinə səbəb olub. Avro üzrə ümumi proqnozlar aşağı istiqamətli olsa da gələcək günlərdə məzənnə 1,19 ABŞ dollara kimi korreksiya edə bilər.

Bununla yanaşı, çərşənbə axşamı Amerikadan Bakı vaxtı ilə saat 16:30-da pərakəndə satış və saat 18:00-da sənaye dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir. Çərşənbə günü saat 22:00-da yayımlanacaq FED-in toplantı protokolu da bu həftə diqqət mərkəzində olacaqdır.

GBP

GBP/USD məzənnəsində də başlayan bahalaşma 1,39 ABŞ dollara kimi davam edə bilər. İngiltərədən çərşənbə axşamı saat 10:00-da işsizlik və çərşənbə günü saat 10:00-da inflyasiya ilə bağlı açıqlanacaq göstəricilər də önəmli rol oynayacaqdır.

TRY

USD/TRY məzənnəsi də qlobal bazarların təsiri altında dalğalanmaqdadır və burada da dolların 8,29 lirəyə kimi düşə biləcəyi proqnozlaşdırılır.

OIL

Enerji birjalarında neftə olan tələbin azalması, Brent neftinin 70 ABŞ dolların altında dalğalanmasına səbəb olur. Təhlillərə əsasən, bir barel üzrə qiymət 65 ABŞ dollara kimi dəyər itirə bilər. Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD

Foreks bazarlarında dolların ucuzlaşması, qızılın da dəyər qazanmasına səbəb olub. Bir unsiyanın qiyməti artıq 1783 ABŞ dollarına (57,3 ABŞ dolları/qram) müqavimətinə kimi dəyər qazanıb və üzərində möhkəmlənəcəyi təqdirdə, 1 828 ABŞ dollara kimi (58,8 ABŞ dolları/qram) də dəyər qazana bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Digər xəbərlər