Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "İnternational Leasing" ASC-nin 1 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 50 manat olan 20 000 ədəd səhm abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 1 milyon manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Bununla da, "International Leasing"in nizamnamə kapitalı 1 milyon manat və yaxud 2 dəfə artaraq 2 milyon manata çatıb.