Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, səhmlər abunə yazılışı üsulu ilə yerləşdirilib.
Qiymətli kağızlara 1 investor 3 milyon manatlıq1 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub və "International";n nizamnamə kapitalı 60 % artaraq 5 milyon manatdan 8 milyon manata çatıb.