"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "International" ASC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq adi, adlı, sənədsiz səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd yeni səhm abunə yazılışı üsulu ilə yerləşdiriləcək.
Hərracın tarixi azı 2 iş günü əvvəlcədən Birjanın internet səhifəsində açıqlanacaq.
Yerləşdirmə üzrə anderrayter “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bütün səhmlər yerləşdirilsə, "International"ın nizamnamə kapitalı 60 % artaraq 5 milyon manatdan 8 milyon manata çatacaq.