"International" ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2 milyon manat və yaxud 25 % artıraraq 8 milyon manatdan 10 milyon manata çatdırmağı planlaşdırır.
"Report" xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd yeni səhm buraxılacaq.
Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun səhmdarı 100 % Rifat Həsənovdur. BOKT-un İdarə Heyətinə onun qardaşı Nicat Həsənov rəhbərlik edir.
Qardaşlar həm də "İnternational Leasing" ASC-nin nizamnamə kapitalında hər biri 45 % paya malikdir. Səhmlərin qalan 10 %-i isə Leyla Cabbarovaya məxsusdur.