“İnternational" BOKT nizamnamə kapitalını artırır

Martın 31-də, saat 11:00-da “İnternational" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi, 86A ünvanında olacaq.

Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalının artırılması üçün yeni səhmlərin buraxılışı, eləcə də istiqraz buraxılışı və digər məsələlər daxildir.

Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46