“İnci Kredo Kredit İttifaqı” MMC 2021-ci ili təxminən 1 min manat mənfəətlə başa vurub.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə “İnci Kredo Kredit İttifaqı”nın aktivləri 432 min manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri 245 min manat, balans kapitalı isə 187 min manat olub.
Xatırladaq ki, “İnci Kredo Kredit İttifaqı” 2011-ci ildə yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 187 min manatdır.