IMF-in qiymətləndirmə missiyası martda Azərbaycana gələcək - EKSKLÜZİV

Bakı. 7 fevral. REPORT.AZ/ Mart ayının əvvəlində Beynəlxalq Valyuta Fondunun (IMF) qiymətləndirmə missiyasının Azərbaycana səfəri gözlənilir. “Report”un əldə etdiyi məlumata görə, missiya Azərbaycan iqtisadiyyatı ilə bağlı icmal hesabat hazırlayacaq.

Səfər çərçivəsində IMF rəsmilərinin Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların rəhbərləri ilə görüşməsi də planlaşdırılır: “IMF-in Azərbaycana missiyasının səfərinin vaxtı dəqiqləşdirilir. Missiya Azərbaycana iqtisadiyyatda baş verən son prosesləri hökumətlə müzakirə etmək üçün gəlir”.

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30