2022-ci ilin sonunda Azərbaycanın nominal ümumi daxili məhsulunun (ÜDM) dəyərinin 122,901 milyard manata çatması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) mayın 25-dən iyunun 7-nə qədər Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin faktiki göstəricisindən 30,043 milyard manat və yaxud 32,4% çoxdur.
Azərbaycanın nominal ÜDM-nin illik dəyərinin 2023-cü ildə 126,319 milyard manata (2021-ci ilin faktiki göstəricisindən 33,461 milyard manat çox), 2024-cü ildə 129,278 milyard manata (36,42 milyard manat çox), 2025-ci ildə 133,279 milyard manata (40,421 milyard manat çox), 2026-cı ildə 138,358 milyard manata (45,5 milyard manat çox), 2027-ci ildə isə 145,008 milyard manata (52,15 milyard manat çox) çatacağı gözlənilir.
Bu il Azərbaycanın nominal qeyri-neft ÜDM-nin dəyərinin isə ötən illə müqayisədə 18,5% artaraq 68,463 milyard manata yüksələcəyi proqnozlaşdırılır. Növbəti 5 ildə (2023-2027-ci illər) isə nominal qeyri-neft ÜDM-nin dəyərinin müvafiq olaraq 77,741 milyard manat, 86,127 milyard manat, 93,626 milyard manat, 100,779 milyard manat və 108, 479 milyard manat olması proqnozlaşdırılır.