Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanın cari əməliyyatlar balansı (CƏB) üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətən 24,6 % olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə qurumun mayın 25-dən iyunun 7-nə qədər Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 9,4 faiz bəndi çoxdur.
Sözügedən nisbətən növbəti 5 ildə (2023-2027-ci illər) isə müvafiq olaraq 21,6 %, 21 %, 16,3 %, 10,7 % və 9,1 % olması gözlənilir.