IMF: "Bu il Azərbaycanda illik inflyasiya 3,5 %-ə yüksələcək"

Bu il Azərbaycanda illik inflyasiya ötən ilin faktiki göstərici ilə müqayisədə 0,7 faiz bəndi artaraq 3,5 % səviyyəsində gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycanın illik inflyasiyası 2022-2023-cü illərdə isə bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2 % səviyyəsində reallaşması proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında illik inflyasiya 4,5 %, ötən ilin sonuna isə 2,8 % səviyyəsində reallaşıb.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33