Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycana birbaşa xarici investisiyaların ümumi daxili məhsuluna (ÜDM) nisbətinin 3,4% olacağını proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə qurumun mayın 25-dən iyunun 7-nə qədər Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 0,4 faiz bəndi azdır.
Azərbaycana birbaşa xarici investisiyalar ÜDM-yə nisbətinin növbəti 5 ildə (2023-2027-ci illər) isə müvafiq olaraq 3,1 %, 2,9 %, 2,7 %, 2,5 % və 2,2 % olacağı proqnozlaşdırılır.