"İcraçı Kredit Agentliyi" BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib

"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.

"Report" bu barədə qurumun 2023-cü il üzrə audit hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il hüquqi şəxslərin payı 26,24 %-dən 17,58 %-ə düşüb, fiziki şəxslərin sayı payı 73,55 %-dən 82,2 %-ə qalxıb, "Azərbaycan Kredit İttifaqları Assosiasiyası" İctimai Birliyinin payı isə dəyişməyərək 0,21 % qalıb.

Bu ilin əvvəlinə "İcraçı Kredit Agentliyi"də 4 hüquqi və 9 fiziki şəxs pay sahibi olub. Ötən ilin əvvəlinə BOKT-da 7 hüquqi şəxs və 9 fiziki şəxs payçı idi.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi”nin 2002-ci ildə yaradılıb.

Digər xəbərlər