"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyindəki "İçərişəhər" Muzey Mərkəzi beynəlxalq standartlara uyğun 2021-ci il üzrə audit yoxlamasının aparılması üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 24-ü, saat 10:00-a qədər qurumun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 41 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 25-i, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.