"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2022-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmış auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini aprelin 4-ü, saat 17:00-a qədər qoruğun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Asəf Zeynallı küçəsi, 20/85 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 5-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.