İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının üzvü Azər Əliyev "Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədovla əvəz edilib.
"Report" bu barədə Büroya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərar qurumun iştirakçılarının növbədənkənar iclasında qəbul olunub. İclasda təşkilati məsələlər müzakirə edilib.