Bakı. 20 sentyabr. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyə üçün iqtisadi artım proqnozlarını aşağı salıb.
“Report” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, qurum bu il Türkiyə iqtisadiyyatının 3,2%, gələn il isə 0,5% böyüyəcəyini proqnozlaşdırır. İndiyə qədər bu göstəricilər müvafiq olaraq 5,1% və 4,9% idi.
Qeyd edək ki, Türkiyənin bu gün açıqladığı yeni iqtisadi proqramda da iqtisadi artım proqnozu azaldılıb. Belə ki, iqtisadiyyatın böyümə tempi 2018-ci il üçün 5,5%-dən 3,8%-ə, 2019-cu il üçün 5,5%-dən 2,3%-ə, 2020-ci il üçün isə 5,5%-dən 3,5%-ə endirilib.