"İpək Yolu Sığorta"nın mənfəəti azalıb

Bakı. 11 iyul. REPORT.AZ/ 2018-ci il iyulun 1-nə "İpək Yolu Sığorta" ASC-nin cəmi aktivləri 31,336 mln. manat təşkil edib.

"Report" şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% azdır.

Hesabat dövründə "İpək Yolu Sığorta"nın cəmi kapitalı illik 16,2% azalaraq 21,843 mln. manat, cəmi öhdəlikləri isə 8,9% azalaraq 9,493 mln. manat olub.

Birinci yarımildə şirkətin gəlirləri cəmi 9,277 mln. manat, xərcləri 8,157 mln. manat təşkil edib. Beləliklə şirkət bu ilin birinci yarısını 1,119 mln. manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azdır.

Digər xəbərlər