Alıcılar üçün dizel, yoxsa benzinlə işləyən avtomobillər sərfəlidir?

Bakı. 29 avqust. REPORT.AZ/ Bəzən alıcılar dizel, yoxsa benzinlə işləyən avtomobillər arasında qərar verə bilmirlər.  

"Report" "Habertürk" saytına istinadən vəbər verir ki, Türkiyənin "İkinciyeni" onlayn avtomobil satışı şirkətinin marka direktoru Emre Ayyıldız bu barədə bir sıra məsləhətlər verib.

Onun sözlərinə görə, alıcılar il ərzində təkər, diaqnostika, yanacaq, amortizasiya kimi xərclərə diqqət etməlidirlər. 

E.Ayyıldızın hesablamalarına əsasən, üç il ərzində 90 min km. məsafə qət etməyən avtomobillər üçün dizellə işləyən avtomobil almaq məsləhət görülmür. Belə ki, il ərzində 30 min km-dən az yol qət edən dizel avtomobilin xərcləri benzinlə işləyən avtomobildən daha çoxdur.

E.Ayyıldız bu qənaətə "Fiat Linea", "Renault Megane", "Mercedes CLA" avtomobillərinin dizel və benzinli variantları arasında apardığı müqayisə nəticəsində gəlib. 

Digər xəbərlər