Hökumət dekabrın 1-də deputatlara cavab verəcək

Bakı 23 noyabr. REPORT.AZ/ Azərbaycan hökumətinin 2018-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı təkliflərə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında cavab verəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında məlumat verib: "Biz razılaşdıq ki, növbəti iclas dekabrın 1-də keçirilsin".

Maliyyə naziri Samir Şərifov da bildirib ki, deputatların təklifləri hökumətə çatdırılacaq: "Bizə ayrılan müddət ərzində təkliflər təqdim olunacaq və dəyərləndirləcək".

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46