Hesablama Palatasının Həmkarlar İttifaqı YAŞAT Fonduna 20 min manat məbləğində pul vəsaiti ianə edib.
Bu barədə “Report”a qurumdan bildirilib.
Xatırladaq ki, YAŞAT Fondu ölkə Prezidentinin “Ərazi bütövlüyünün müdafiəsilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” 8 dekabr 2020-ci il tarixli fərmanına əsasən yaradılıb.