Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin vaxtının uzadılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
O, Milli Məclisin 22 oktyabr 2019-cu il tarixli qərarına əsasən auditor təyin edilib, eyni zamanda Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.
Hazırda Palatanın 5 auditoru var.
Bundan başqa, iclasda "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə olunacaq.