Hərraclarda qızılın qiyməti bir qədər artıb

Bu gün keçirilən hərraclarda qızılın qiyməti bir qədər artıb.

“Report” xəbər verir ki, Nyu-York şəhərindəki “Comex” birjasında qızılın fevral fyüçersi 0,14 faiz bahalaşaraq 1 811,25 USD/Oz-dan satılıb.

Bazarda ABŞ dollarının məzənnəsində azalma gözləntiləri artdığı üçün qızılın bahalaşacağı güman edilir. Bununla belə koronavirusun “Omikron” ştamına dair narahatlığın səngiməsi dolların məzənnəsini sabit saxlayır.

Digər xəbərlər