Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance" ASC-nin səhmlərinin müvafiq olaraq 50 %-nə və 27,33 %-nə nəzarət edən Səbinə Sadiq və Rəvan Cəfərov paylarını satıb, səhmlərin 22,67 %-nin sahibi Nuranə Mehraliyeva-Rzayeva isə payını artırıb.
"Report" xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 150 min manat və yaxud 20 % artılaraq 750 min manatdan 900 min manata çatdırılmasından sonra baş verib.
Hazırda "Hermes Finance"ın səhmlərinin 45 %-i N.Mehrəliyeva-Rzayevaya, qalanları isə iki yeni səhmdara - Kamran Quliyev (45 %) və Həmid Mirzəyevə (10 %) məxsusdur. Sonuncu həm də şirkətin icraçı direktorudur.
"Hermes Finance" həm də lizinq fəaliyyəti ilə məşğul olan "Baku Leasing" MMC-dəki 50 %-lik payını satıb. Hazırda onun yalnız "Caspian Auto İmport" ASC-də 66,67 % və "Level Leasing" ASC-də 38 % payı var.
Xatırladaq ki, "Hermes Finance" 2018-ci ildə yaradılıb. Şirkətdə payını satmış S.Sadiq "Bank BTB" ASC-nin səhmlərinin 17,68 %-nə nəzarət edən Bankın Müşahidə Şurasının sədri Rza Sadiqin yaxın qohumudur.