Gürcüstanın fintex şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır

Gürcüstanın “CityPay.io” ödəniş həlləri təqdim edən fintex şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, fintex şirkəti həmçinin digər region ölkələri - Ermənistan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla Şərqi Avropaya genişlənməyi planlaşdırır.

Qeyd edək ki, “Tether” kriptovalyuta şirkəti “CityPay” fintexinə “əlavə investisiya” yatırıb. İnvestisiya ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Hazırda “CityPay” kriptovalyuta da daxil olmaqla ödəniş həlləri təqdim edir. Gələcəkdə fintexin rəqəmsal pul kisəsi və kart həlləri təklif edəcəyi gözlənilir.

“İkinci sərmayə ilə ənənəvi ödəniş sistemləri məhv edən qabaqcıl texnologiyaların tətbiqinə təkan vermək niyyətindəyik”, - “Tether”in baş direktoru Paolo Ardoino deyib.

Digər xəbərlər