Gürcüstanın Azərbaycana ixracı 11 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüsranın Azərbaycana ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,5 % artaraq 16,038 milyon ABŞ dollarına çatıb.

Bu barədə “Report” Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir. Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 3,2 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın ümumi ixracı illik müqayisədə 10,6 % azalaraq 497,152 milyard ABŞ dollarına enib.

2 ayda Gürcüstanın ixracında ilk 10 ticarət tərəfdaşının payı 82,2 % təşkil edib. Ölkənin əsas tərəfdaşları Rusiya (bu ölkəyə ixracın həcmi 107 milyon ABŞ dolları olub), Çin (106,1 milyon ABŞ dolları) və Türkiyə (57,1 milyon ABŞ dolları) olub.

Digər xəbərlər