Bu ilin III rübündə Gürcüstanda işsizlik səviyyəsi 19,5 % təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə göstərici 2,5 % artıb.
İyul-sentyabr aylarında şəhərlərdə işsizlik səviyyəsi 21,1 % (+1,9 %), kənd yerlərində isə 17,2 % (+3,5 %) olub.
Kişilər arasında bu göstərici illik müqayisədə 2,9 % artaraq 21,7 %, qadınlar arasında isə 2,1 % artaraq 16,6 %-ə çatıb.