Gürcüstanda illik inflyasiya 2%-dən aşağı düşüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayının yekununda Gürcüstanda illik inflyasiya 1,9% təşkil edib.

“Report” xəbər verir ki, bu rəqəmi Gürcüstan Mərkəzi Bankı (GMB) açıqlayıb.

Xatırladaq ki, sözügedən göstərici oktyabr ayının yekununda 2,3% təşkil etmişdi. GMB-nin illik inflyasiya hədəfi isə 3%-dir. 

Digər xəbərlər