Gürcüstanda illik inflyasiya 2,7%-ə düşüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu ilin sentyabr ayının yekununda Gürcüstanda illik inflyasiya 2,7% təşkil edib.

“Report” xəbər verir ki, bu rəqəmi Gürcüstan Mərkəzi Bankı (GMB) açıqlayıb.

Xatırladaq ki, sözügedən göstərici avqyst ayının yekununda 3,1% təşkil etmişdi. GMB-nin illik inflyasiya hədəfi isə 3%-dir. 

Digər xəbərlər