Gürcüstanda illik inflyasiya 2,2%-ə düşüb

Bakı. 3 iyul. REPORT.AZ/ Bu ilin iyun ayının yekununda Gürcüstanda illik inflyasiya 2,2% təşkil edib.

“Report” xəbər verir ki, bu rəqəmi Gürcüstan Mərkəzi Bankı (GMB) açıqlayıb.

Xatırladaq ki, sözügedən göstərici may ayının yekununda 2,5% təşkil etmişdi. GMB-nin illik inflyasiya hədəfi isə 3%-dir. 

Digər xəbərlər

4SİM auditor seçir 11 mart, 2026 / 16:59