Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 6,5%-də saxlayıb. 

"Report"un "İnvesting.ru" saytına istinadən xəbər verir ki, buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi olub. 

Bu ilin avqustunda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46