Gürcüstan iqtisadiyyatı ötən il 6 %-dən çox kiçilib

2020-ci idə Gürcüstanda ümumi daxili məhsul (ÜDM) istehsalının dəyəri 2019-cu illə müqayisədə 6,1 % az olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Təkcə ötən ilin dekabr ayında isə qonşu ölkənin iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 7,9 % kiçilib.

Ötən ay Gürcüstanda yalnız maliyyə və sığorta, su təchizatı, tullantıların idarə olunması, informasiya və kommunikasiya, mədənçıxarma sənayesində artım qeydə alınıb.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46