Gürcüstan iqtisadiyyatı apreldə 45 faiz böyüyüb

Bu ilin aprel ayında Gürcüstanda istehsal olunmuş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 44,8 % çox olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Bundan başqa, sənədə əsasən, yanvar-aprel aylarında ölkə iqtisadiyyatının böyümə tempi 8,1 % təşkil edib.

Ötən ay qonşu ölkədə istehsal, tikinti, ticarət, nəqliyyat, mehmanxana və restoranlar, maliyyə və sığorta sahələrində artım, mədən sənayesində isə azalma qeydə alınıb.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33