Gürcüstan iqtisadiyyatı 6%-ə yaxın kiçilib

Bu ilin yanvar-avqust aylarında Gürcüstanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) ümumi dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% az olub. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir. 

Təkcə avqust ayında isə Gürcüstanda iqtisadi azalma illik müqayisədə 5,3% az olub. 

Ötən ay qonşu ölkədə mədən və karxanalar istisna olmaqla bütün iqtisadi fəaliyyət sahələrində geriləmə qeydə alınıb. 

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23