2019-cu ilin dekabr ayında Gürcüstanda ÜDM-in real artım tempi 3,8% təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Ötən il qonşu ölkədə ÜDM-in orta artım tempi illik müqayisədə 5,2%-ə bərabər olub.
Dekabr ayında istehsal, nəqliyyat, topdan və pərakəndə satış, avtomobillər və motosikllərin təmiri, hotel və restoranlar sahəsində artım olub. Tikinti sahəsində isə azalma qeydə alınıb.