Gürcüstan iqtisadiyyatı 18 % böyüyüb

Bu ilin yanvar ayında Gürcüstanda istehsal edilmiş Ümümi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 18 % artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ayında artım istehsal, nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, ticarət, mehmanxana və restoranlar, incəsənət, əyləncə və rekreasiya, daşınmaz əmlak sahələrində və mədənçıxarma sənayesində qeydə alınıb.

Azalma isə tikinti, informasiya və kommunikasiya sektorlarında olub.

Digər xəbərlər