Bakı. 18 aprel. REPORT.AZ/ “Günaybank” ASC-nin aktivləri illik 53,9% artaraq 2018-ci il aprelin 1-nə 191 809,51 min manat təşkil edib.
“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Bu müştərilərə verilən kreditlərin (kreditlər üzrə mümkün zərərlər çıxılmaqla) həcmi illik müqayisədə 18,3% artaraq 120 081,8 min manat olub. Bildirək ki, bunun isə 15 454,33 min manatı xarici valyutada verilən kreditlərin payına düşüb.
2018-ci il aprelin 1-nə Bankın cəmi öhdəlikləri illik 98,2% artaraq 130 212,24 min manat, o cümlədən depozit portfeli 2,6 dəfə artaraq 89 475,39 min manat olub. Depozitlərin 53 543,43 min manatı xarici valyutada yerləşdirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) Banka qarşı tələbləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox azalaraq 2018-ci il aprelin 1-nə 6 100 min manat olub. Cari il aprelin 1-nə Bankın nizamnamə kapitalı 64 910 min manat, cəmi kapitalı 61 597 min manat təşkil edib.
Yanvar-mart ayları ərzində Bank 1 266,65 min manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 2,4 dəfə azdır. Belə ki, ötən ilin müvafiq dövründə isə Bank 3 049,5 min manat mənfəətlə işləyib.