“Günay Bank” bu ilin I rübünü zərərlə başa vurub

“Günay Bank” ASC bu ilin I rübünü 577 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 879 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında “Günay Bank”nın gəlirləri 4,669 milyon manat (illik müqayisədə 19,2 % az), xərcləri 4,568 milyon manat (4,2% çox), xüsusi ehtiyatlara ayırmaları 492 min manat (5,6% az), mənfəət vergisi ödəmələri isə 187 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.

Bu il aprelin 1-nə “Günay Bank”ın aktivləri 260,81 milyon manat olub ki, bu da illik müqayisədə 4 % çoxdur. Bunun 181,183 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 6 % çoxdur.

Hesabat dövründə şirkətin öhdəlikləri 5,9 % artaraq 195,723 milyon manat, o cümlədən depozit portfeli 2,6 % azalaraq 99,157 milyon manat, balans kapitalı isə 1,3 % azalaraq 65,087 milyon manat təşkil edib.

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,9 milyon manatdır. Bankın səhmlərinin 54,35%-i Mahmud Məmmədova (Bankın Müşahidə Şurasının sədri, "Günay Sığorta" ASC-nin 32,45%-lik səhmdarı), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta”nın 67,55%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Digər xəbərlər