“Gəncə Şərab-2” ASC 2022-ci ili 2 milyon 579 min manat xalis mənfəətlə başa vurub.
“Report” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 20,7 % azdır.
Ötən il “Gəncə Şərab-2”nin vergiyəqədərki mənfəəti 3 milyon 224 min manat (əvvəlki ilə nisbətən 20,7 % az), mənfəət vergisi ödəmələri isə 645 min manat (20,8 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Gəncə Şərab-2”nin aktivləri 26 milyon 109 min manat olub ki, bu da, illik müqayisədə 12,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21 % artaraq 6 milyon 514 min manata, balans kapitalı isə 10,4 % artaraq 19 milyon 595 min manata çatıb.
Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon 685 min manatdır.