Azərbaycanda onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatının ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2022-ci ilin dövlət büdcəsindən 45,5 milyon manat vəsait ayrılacaq.
"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, həmimn vəsait Milli Onkologiya Mərkəzi üçün nəzərdə tutulub.