Gələn il dövlət paylı müəssisələr büdcəyə 107 mln manat dividend ödəyəcək

Gələn il Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 250 milyon manatını və yaxud 0,9%-ni sair daxilolmalar təmin edəcək.

"Report"un xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,9% çoxdur.

Sair daxilolmaların strukturunda dövlət paylı müəssisələrin büdcəyə ödəmələrindən 106,5 milyon manat, xarici dövlətlərə verilmiş kreditlərdən isə 1,8 milyon manat nəzərdə tutulub.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53