Gələn il Azərbaycanda dövlət büdcəsindən “Abşeron vadisi” innovasiya klasterinin yaradılması, ictimai nəqliyyatda islahatların aparılması və digər xərclər üçün 221,4 milyon manat ayrılması nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, vəsait həmçinin startapların inkişafı üçün zəruri informasiya kommunikasiya texnologiyaları infrastrukturun gücləndirilməsi və istedad ehtiyatlarının yaradılması, dövlət xidmətlərinin özəl sektorla mümkün inteqrasiya olunmuş şəkildə göstərilməsi üçün rəqəmsal platformanın yaradılmasına yönəldiləcək.