Bakı. 27 noyabr. REPORT.AZ/ “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” (AFBİA) İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
“Report” bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Məlumata görə, Mərkəzin əməkdaşlarının da iştirak etdiyi yığıncaqda Assosiasiyanın 2017-ci ildəki fəaliyyəti üzrə hesabatı və saytının (www.afbia.az) yenilənmiş versiyası təqdim olunub, Strateji Yol Xəritəsinə uyğun təkliflər ətraflı müzakirə edillib.
Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətini təmin edilməsi olan AFBİA 2007-ci ildə yaradılıb. Assosiasiyanın üzvlüyünə MDM daxil olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.