"FNC" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 44 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,45 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "FNC"nin aktivləri 296 min manat olub ki, bu da illik müqayisədə 6,3 % azdır. Bunun 277 min manatı müştərilərə verilmiş kreditlərdir. BOKT-un kredit portfeli 2022-ci ildə formalaşıb.
Hesabat dövründə "FNC"nin öhdəlikləri təxminən 2 dəfə artaraq 7 min manata çatıb, balans kapitalı isə 7,7 % azalaraq 289 min manata düşüb.
Xatırladaq ki, "FNC" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur.