"Fitch": Türkiyə banklarının likvidlik riski artıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ “Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib ki, Türkiyənin valyuta bazarındakı dalğalanma və kredit ödənişlərinin gecikməsi yerli bankların likvidlik riskini artırıb. 

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Agentlik bəyan edib ki, Türkiyə banklarında xarici valyuta ilə yerləşdirilmiş depozitlərin məbləği bu ilin iyul-avqust aylarında 12 mlrd. ABŞ dolları azalıb. Azalma xüsusilə bazar volatilliyinin artdığı avqust ayında baş verib. 

Digər xəbərlər