"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanın dövlət büdcəsinin profisitinin ümumi daxili məhsula (ÜDM) nisbəti 9,9 % olacaq.
“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.
Sənədə əsasən, bu, əvvəlki proqnoz ilə müqayisədə 8,8 faiz bəndi çoxdur.
"Fitch Ratings" region ölkələrindən Gürcüstanın ümumi dövlət büdcəsinin kəsirinin ÜDM-yə nisbəti 0,4 faiz bəndi artıraraq 5,5 %-ə, Ermənistanda isə 2,5 faiz bəndi artıraraq 5,1 %-ə çatdırıb.