"Dünya bazarındakı təbii qazın yüksək qiymətləri bu il Azərbaycan cari əmıliyyat balansının (CƏB) profisitinin ümumu daxili məhsuluna (ÜDM) nisbətini 11,6 faiz bəndi artıraraq 28,6%-ə çatdıracaq.
"Report" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyi bəyan edib.
Bununla belə, agentlik qeyd edib ki, sözügedən göstərici gələn il 18,4%-ə düşəcək, bu isə "BB" qrupu ilə müqayisədə yenə də yüksəkdir.
"Azərbaycanın suveren xarici valyuta aktivləri, ötən ilin III rübündəki 51,2 milyard ABŞ dollarından, bu ilin I rübündə 52,4 milyard ABŞ dollarına yüksəlib. Bura 45,3 milyard dollarlıq Dövlət Neft Fondunun (ARDNF) aktivləri də daxildir", - deyə açıqlamada qeyd olunub.