​​​​​​​"Fitch" Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu xeyli artırıb

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanın cari hesab balansının profisitinin ümumi daxili məhsula (ÜDM) nisbəti 23,7 % olacaq.

“Report” xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.

Sənədə əsasən, bu, əvvəlki proqnoz ilə müqayisədə 15,8 faiz bəndi çoxdur.

"Fitch Ratings" region ölkələrindən Gürcüstanın cari hesab balansının defisitinin ÜDM-yə nisbətini isə 5,6 bəndi azaldaraq 1 %-ə, Ermənistanın isə 0,9 faiz bəndi azaldaraq 4,1 %-ə endirib.

Digər xəbərlər