"Fitch": "Azərbaycan bank sektoru kifayət qədər zəifdir"

Son illərdə kreditləşmənin fundamental göstəricilərində müəyyən irəliləyişlər olsa da, "Fitch"in Bank Sistemi İndikatorunun “b” balının əks etdirdiyi kimi Azərbaycan bank sektoru hələ də kifayət qədər zəifdir.

Bu barədə "Report" "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin I yarısında Azərbaycanda problemli kreditlərin nisbəti 3,5 %-ə düşüb 2020-ci ilin sonunda 6,1%-dən, 1-ci dərəcəli kapital adekvatlığı (TİER 1) 16,1 % təşkil edir və sektor mənfəətliyini qoruyub saxlayıb.

Bu il müxbir bank əlaqələri orta dərəcədə pozulsa da, sektorda Rusiyanın iştirakı azdır.

Depozitlərin dollarlaşma əmsalı, 2020-ci ilin birinci yarısındakı 60,4 %-dən, bu ilin avqustunda 49,3 %-ə düşüb, ancaq orta əmsaldan (16,5 %) xeyli yuxarıdır.

Digər xəbərlər